Logo

BDU-nun Psixoloji Yardım Sektoru fəaliyyətini ənənəvi formada davam etdirir

30.09.2021 17:42 499 baxış
IMG

Ənənəvi təhsilin bərpa olunması ilə Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru da öz fəaliyyətini əyani formada davam etdirməyə başlayıb.

Tehsil.biz xəbər verir ki, BDU-nun tələbələri və əməkdaşları psixoloji gərginliyin, həyəcan və təşvişin aradan qaldırılması, stresin idarə olunması, depressiv hallar, ailədaxili və şəxsiyyətlərarası konfliktlərə münasibətin dəyişdirilməsi, psixosomatik problemlərin həlli üçün Psixoloji Yardım Sektoruna müraciət edə və bu xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektorunun əsas vəzifəsi Universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixoloji sağlamlıqlarını qoruyub saxlamağa və gücləndirməyə, öz istedadlarını inkişaf etdirmələrinə dəstək göstərməkdir.

Xəbər lenti