Noyabrın 19-da Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunda onlayn seminar keçirilib.
Seminarda Biofizika şöbəsinin aparıcı elmi işçisi Svetlana Demuxamedova “Yeni sintez olunmuş bəzi azo-törəmələri tautomerlərinin molekuldaxili və molekullararası hidrogen rabitələrinin fəza və elektron quruluşlarının kvant kimyası üsulları ilə tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bir sıra azo törəmələrinin tautomerlərinin fəza və elektron quruluşlarının kvant kimyası üsulları ilə tədqiqindən bəhs olunub. Səkkiz tautomerin fəza və elektron quruluşları DMZ yarımempirik kvant kimyası üsulu ilə tədqiq olunaraq alınan molekuldaxili hidrogen rabirələrinin həndəsi parametrləri təyin edilib. Tautomerlərin alınmış optimallaşdırılmış modelləri sonra kvant kimyasının sıxlığın funksional metoduB3LYP ilə tədqiq olunub. Tautomerlərin HOMO və LUMO orbitallarına baxılıb, onların energi parametrləri, atomlardakı yüklər, dipol momentləri müəyyənləşdirilib.
BDU-da xüsusi karantin rejimi döründə keçirilən elmi seminarların əsas məqsədi alimlərin və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsidir.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminarda BDU-nun Fizika Problemləri İnstitutunun əməkdaşları və gənc tədqiqatçılar iştirak edib.