Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində hər iki valideynini itirən və hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi adını qazanan Sevil Əliyevaya təhsil aldığı illər ərzində xüsusi təqaüd veriləcək.
Tehsil.biz xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aqrar Universitetin rektoru İbrahim Cəfərovun təşəbbüsü ilə Universitetin Elmi Şurasının qərarı ilə büdcədənkənar vəsait hesabına tələbəyə hər ay 150 manat məbləğində təqaüd veriləcək.
Qeyd edək ki, S. Əliyeva universitetin Aqrar İqtisadiyyat fakültəsinə qəbul olunub. Ötən gün universitetin rektoru yüksək bal toplamış tələbələrlə, o cümlədən S. Əliyeva ilə görüşüb, ona tələbə biletini təqdim edib və planşetlə mükafatlandırıb.
Xatırladaq ki, ötən il oktyabrın 11-də Gəncəyə atılan raket mərmisi nəticəsində 16 yaşlı Sevil və səkkiz yaşlı qardaşı Hüseyn hər iki valideynini itirib. Onların valideynləri - Nurçin və Anar Əliyevlər dağıntı altında qalaraq həyatlarını itirib.