Təhsil islahatının başlıca istiqaməti kimi
Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatın istiqamətlərindən biri məntiqi səriştə əsaslı quruluş və məzmuna malik müasir dərsliklərin hazırlanmasıdır. Şagirdlərin idraki fəaliyyətlərinin idarə olunmasında və bütövlükdə təhsil prosesinin təşkilində mühüm rol oynayan müasir dərsliklər qarşısında qoyulan başlıca tələblər, onların:
Bu tələblər əsasında hazırlanacaq müasir dərslik şagirdləri qazandıqları nəzəri bilikləri real praktik həyata tətbiq edə bilmək bacarıqlarının inkişaf etdirilməsinə yönləndirən, yüksək dərəcədə informatlaşdırılmış cəmiyyətdə düzgün səmtləşdirici tədris resursu olmalıdır. Həmin vəzifənin uğurla həyata keçirilməsi məqsədilə hazırlanacaq tam yeni “nəsil” dərsliklərdə həm müstəqil respublikamızın, həm də qabaqcıl beynəlxalq dərslik hazırlanma təcrübəsi nəzərə alınmalıdır.
Beləliklə, ölkəmizdə yeni dərslik siyasətinin tətbiqi ümumi təhsilin məktəbəhazırlıq mərhələsindən,ibtidai və ümumi orta təhsil səviyyələrindən başlanılması qərarına gəlindi. Nisbətən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamları və Təhsil Nazirliyinin əmrlərinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) bu sahədə aşağıdakı işlər görüldü.
“Ümumtəhsil məktəblərində şagird və müəllimlərə müvafiq dərslik seçiminin təmin edilməsi, habelə ümumi təhsil üzrə dərsliklərin elmi-metodik baxımdan təkmilləşdirilməsi” məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixində “Ehtiyat dərsliklər” haqqında 611s №-li Sərəncamı imzalandı. Bu Sərəncamdan irəli gələn işlərin icra edilməsi məqsədilə Təhsil nazirinin 2017-ci il 4 aprel tarixli 195 №-li Əmri ilə ARTİ-də “Tədris resursları” mərkəzi (struktur dəyişikliyindən sonra Tədris resursları şöbəsi) yaradıldı. Əmrə əsasən ARTİ-də “Ehtiyat dərsliklər” layihəsinə məktəbəhazırlıq qrupları üçün “Məktəbə hazırlaşırıq” dərslik komplektinin (dərslik və metodik vəsait), ümumi təhsilin ibtidai təhsil səviyyəsi üçün “Azərbaycan dili (tədris dili)”, “Azərbaycan dili (dövlət dili kimi - tədris qeyri Azərbaycan dilində olan siniflər üçün)”, “Riyaziyyat” və onun tərcüməsi olan “Matematika” dərslik komplektinin (dərslik, iş dəftəri və metodik vəsait) hazırlanmasının təşkili ilə başlanıldı. 2017-2018-ci illəq* “Uşaq psixonevroloqu” ixtisası üzrə Yaponiyanın Tohoku Universitetinin doktoranturasını bitirmiş Kamran Salayevin rəhbərliyi ilə respublikanın tanınmış alim-metodist və təcrübəli müəllimlərindən ibarət “Məktəbəhazırlıq”qrupu;
* Riyaziyyat üzrə fəlsəfə doktoru, Bakı nəşriyyatının direktoru Zaur İsayevin rəhbərliyi, Türkiyə Ortadoğu Universitetinin professoru Ayhan Kürşad Erbaşın redaktorluğu ilə respublikanın riyaziyyatçı alimləri, dərslik müəllifləri və təcrübəli sinif müəllimlərindən ibarət “Riyaziyyat” qrupu;
* Filologiya üzrə fəlsəfə doktoru, Altun nəşriyyatının direktoru Rafiq İsmayılovun rəhbərliyi ilə beynəlxalq və yerli liseylərin təcrübəli müəllimləri və dərslik müəlliflərindən ibarət “Azərbaycan dili” qrupu.
Sözügedən layihənin həyata keçirilməsində başlıca məqsəd yeni nəsil“Azərbaycan dili” dərslik komplektinin əsasında şagirdlərdə “oxuyub-anlama”, “dinləyib-anlama”, “nitq” və “yazı” bacarıqlarının, “Riyaziyyat” dərslik komplektində verilən məzmun və yoxlayıcı alətlər vasitəsilə şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılması üçün əlverişli şəraitin yaradılmasına nail olmaqdır.
ARTİ-də qrupların məhsuldar fəaliyyəti I siniflər üçün hazırlanan “Azərbaycan dili” və “Riyaziyyat” dərslik komplektlərinin ilk pilot sınağı (hər dərslik komplektinin iki il sınaqdan keçirilməsi nəzərdə tutulmuşdur) təşkil edildi. Sonrakı tədris illərində isə tədricən II-IV siniflər üçün hazırlanmış həmin dərsliklərin və “Azərbaycan dili (dövlət dili kimi)”, “Matematika” dərslik komplektlərinin pilot sınaqları təşkil olundu. Paralel olaraq həmin tədris resursları ictimai müzakirədən keçirildi, AMEA-nın müvafiq İnstitutlarının, Universitetlərin uyğun kafedralarının, habelə DİM-in mütəxəssislərinin rəyləri əsasında təkmilləşdirmələr aparılaraq 2020/2021-ci tədris ilindən kütləvi tətbiq üçün Təhsil Nazirliyinə təqdim edildi. 2021/2022-ci tədris ilindən isə II siniflər üçün hazırlanmış bu tədris resurslarının kütləvi tətbiqinə başlanıldı.
Məktəbəhazırlıq qrupunun fəaliyyəti nəticəsində respublikada məktəbəhazırlıq təşkil edilmiş qruplarda şagirdlər üçün 4 kitabdan ibarət “Məktəbə hazırlaşırıq” dərsliyi, müəllimlər üçün isə metodik vəsait hazırlanaraq 2019/2020-ci tədris ilindən kütləvi tətbiq üçün Təhsil Nazirliyinə təqdim olundu.
Qeyd edək ki, Nazirlər Kabinetinin 29.09.2020-ci il 361 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” ilk dəfə olaraq Təbiət fənninin təliminə əsas verdi. Bu məqsədlə, ARTİ ilə Sinqapurun Alston Nəşriyyat Evinin mütəxəssislərinin birgə əməkdaşlığı təşkil edildi. Belə ki, dörd elmi istiqamət üzrə (biologiya, coğrafiya, fizika və kimya) yerli mütəxəssislərdən və uşaq psixoloqlarından ibarət 12 nəfərlik “Təbiət” dərslik komplektinin müəllif qrupu yaradıldı. Bu qrup tərəfindən Alston Nəşriyyat Evinin mütəxəssislərinin koordinatorluğu ilə “Təbiət-5” dərslik komplekti hazırlanaraq respublika üzrə 132 məktəbdə pilot sınağına təhvil verildi.Burada isə məqsəd “Təbiət-5” dərslik komplektində verilən məzmunda biologiya, fizika, coğrafiya və kimya elmlərinin əsaslarına dair elementar inteqrativ anlayışlar verməklə şagirdlərdə elmi savadlılıq səriştəsinin sistemli aşılanmasını həyata keçirməkdir.
Şagirdlərimizdə xarici dil savadlılığının formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi ilə İngiltərənin Macmillan Education nəşriyyatının əməkdaşlığı sayəsində I-IV siniflər üçün “English Happy Campers” dərslik komplektləri alınmış, EduMedia Azərbaycan şirkəti tərəfindən adaptasiya edilərək yerli kontekstə uyğunlaşdırılmışdır. ARTİ-nin təşkilatçılığı ilə 2019/2020-ci tədris ilində “English Happy Campers” I sinif, 2020/2021-ci tədris ilində isə II sinif dərslik komplektinin respublika üzrə 144 pilot məktəbində sınaqdan keçirilərək kütləvi tətbiq edilməsi üçün təhvil verilmişdir. Bu tədris ilində “English Happy Campers” dərslik komplektlərinin III siniflərdə pilot sınağı həyata keçiriləcəkdir.
Ülkər BABAYEVA,
ARTİ-nin direktor müavini
Rasim ABDURAZAQOV,
ARTİ-nin Tədris resursları şöbəsinin müdiri