Logo

ECAR layihəsi çərçivəsində prorektorların görüşü keçirilib

01.10.2021 15:38 481 baxış
IMG

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti görüş prorektorlar səviyyəsində təşkil olunub.

Görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor, professor Yusif Qasımov təmsil edib. Tədbirdə layihənin gedişatı və görüləcək işlərin növbəti müzakirəsi baş tutub. 

Bakl Biznes Universitetinin koodinatorluğunda həyata keçirilən və Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar konfransının yaradılması” ECAR Erasmus+KA2 layihəsi 3 il müddətində icra olunacaq. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı yaratmaqla universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

Xəbər lenti