Logo

“Zəfər yolu” verilişinin beşinci buraxılışı

01.10.2021 16:07 386 baxış

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.

Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.

Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

Layihənin beşinci verilişində - II Qarabağ müharibəsi iştirakçısı Ceyhun Qurbanov keçdiyi döyüş yolundan bəhs edib.

“Zəfər yolu” verilişinin üçüncü buraxılışını sizə təqdim edirik: https://youtu.be/UWpCee64ZEk

Xəbər lenti