1 oktyabr tarixində Bakı Dövlət Universitetində (BDU) “SABAH Magistratura” proqramının açılış mərasimi keçirilib.
ARTİ-nin layihə üzrə koordinatoru Səbinə Babayeva tələbələrə ARTİ-nin fəaliyyəti, “SABAH Magistratura” proqramı, proqram çərçivəsində tədris olunacaq fənlər, akademik heyət, dərsdənkənar fəaliyyətlər və s. məsələlər haqqında məlumat verib.
Görüşdə BDU tərəfindən Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev çıxış edərək tələbələri təbrik ediblər.
Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, ARTİ ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” layihəsi çərçivəsində BDU-da “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə 2021-2022-ci tədris ilindən başlayaraq bir sıra fəaliyyətləri təşkil edəcək.
Sözügedən fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimləndirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin təşkili və maddi-texniki təchizat nəzərdə tutulub.