Logo

ADNSU-nun rektoru qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrlə görüşüb

01.10.2021 18:44 548 baxış
IMG

Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Prezident təqaüdü qazanmış tələbələrlə görüşüb.

Bu il qəbul imtahanlarında birincilərin birincisi olmağı bacaran Jalə Sevdimli (690.2 bal), Fətulla Bəşirov (682,3 bal) Rüfət Quliyev (680.1bal) ən yüksək balla ADNSU-ya daxil olmuş tələbələridir. Gənclərin hər üçü “Kompüter elmləri” ixtisasını seçiblər. Tələbələrin biri ADNSU-da, ikisi isə ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-da təhsil alacaqlar.

Görüş zamanı ADNSU-nu seçdiklərinə görə tələbələrə təşükkür edən rektor Mustafa Babanlı hər üç tələbəni təbrik edib. Qeyd edib ki, siz iki böyük uğura imza atmısız: həm tələbə adını qazanmısız, həm də qəbul imtahanlarında ən yüksək nəticə göstərərək çox böyük mükafata – Prezident təqaüdünə layiq görülmüsüz. O, əlavə edib ki, ali təhsil pilləsinin ilk mərhələsinə çox müsbət nəticə ilə başlamısız, inanırıq ki, təhsil aldığınızı müddətdə universitetdə də birinciliyi qoruyub saxlayacaq, həmişə müsbət nəticələr göstərəcəksiz. Rektor tələbələrlə bərabər, onları böyüdən valideynlərə, onlara dərs deyən müəllimlərə də təşəkkür edərək tələbələrə uğurlar arzu edib.

Xəbər lenti