Bakı Dövlət Universitetinin (BDU) tələbələri Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin oğlunun ildönümündə ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, şəhid Ceyhun Şalıyevin tələbə yoldaşı, fakültənin akademik məsləhətçisi Nuray Əliyeva və Tələbə Gənclər Təşkilatının fəal üzvləri iştirak ediblər. Ziyarətdə çıxış edənlər Ceyhun Şalıyevin Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.
Sonra şəhidin ailə üzvləri və yaxınları ilə birgə məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Ceyhun könüllü olaraq ordu sıralarına yazılıb, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Oktyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.