Qərbi Kaspi Universiteti ilə diplomatiya sahəsi üzrə Avropanın nüfuzlu təhsil ocaqlarından olan Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu (GSD - Geneva School of Diplomacy and International Relations) arasında anlaşma memorandumu imzalanıb.
Tehsil.biz xəbər verir ki, memoranduma əsasən tərəflər tələbə və müəllim heyətinin mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və digər digər istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə ediblər.
Beləliklə, sənəd tələbələrimizin xaricdə təhsil imkanlarının genişlənməsi, birgə elmi tədqiqatların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətlidir.