Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə onlayn təlimə start verilib.
AzMİU-dan bildirilib ki, “Maliyyə savadlılığı” layihəsi çərçivəsində reallaşan təlim Azərbaycan Respublikası Mərkəzi Bankının Təlim Mərkəzi ilə birgə keçirilir. Təlim əsasən biznesin idarə edilməsi və menecment ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulub.
“Zoom” proqramı vasitəsilə keçirilən təlim 2 gün davam edəcək.