“Təhsildə yeni çağırışlar” mövzusunda II Beynəlxalq Foruma start verilib.
Tehsil.biz xəbər verir ki, forumda təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edib.
Beynəlxalq forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək və keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutan beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.
Beynəlxalq Müəllimlər Gününə həsr olunan bu forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.
“Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumu “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə keçirilib.