Logo

Qəbirləri bu gün də tapılmayan tarixi şəxsiyyətlər haqqında MARAQLI FAKTLAR

04.10.2021 09:32 1022 baxış
IMG

Dünyada tarixi şəxsiyyətlər olub ki, onlardan bir qisminin məzarı kimsəyə məlum deyil.

Bəs yaxşı, onlar kimlərdir?

Cia.az məzarları bu günə qədər tapılmayan tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatları diqqətinizə çatdırır.

Kraliça Boudica

60 -cı ildə Londonu yandırdıqdan sonra şimala qaçan Boudica orada ölüb. Romalılar Boudicanı ona layiq bir məzarda dəfn etdiklərini iddia etsələr də, bu məzar hələ də tapılmayıb. Şayiələr var ki, bu türbə Kral Xaçındakı bir platformanın altındadır.

Kral Alfred

İngiltərənin “böyük” adlandırılan yeganə kralı Alfredin ölümündən sonra dəfələrlə qalıqları köçürülüb. Türbəsi əvvəlcə “Winchester”dəki başqa bir kilsəyə, sonra isə 1100 -cü ildə Hyde Abbeyinə köçürülüb. Ardınca həmin monastır dağıdılıb, məzar yoxa çıxıb.
Böyük İskəndər
2000 il əvvələ qədər hər gün məzarına saysız -hesabsız ziyarətçinin gəldiyi Makedoniyalı İskəndərin məzarı əvvəlcə Misirin Memfis şəhərində olub, lakin sonradan İsgəndəriyyəyə köçürülüb. Məbəd kimi xidmət edən və saysız -hesabsız ziyarətçi qəbul edən bu türbə İsgəndəriyyənin məruz qaldığı sunami nəticəsində itib və hələ də tapılmayıb.
Çingiz xan
Gizli bir dəfn etmə mərasimi istəyən Çingiz xanın cəsədi xüsusi bir ordu ilə daşınıb və bu yol boyunca ordunun qarşısına çıxan hər kəs öldürülüb. Türbə yaradıldıqdan sonra, 1000 at məzarın üstündən keçib və bütün izlər məhv edilib. Çingiz xanın məzarı 800 ildən çoxdur ki, axtarılır.
Atilla

Atillanı biri dəmir, biri gümüş və biri qızıl olmaqla 3 tabutla çay yatağına basdırıblar və sonra çayın məzarın üstündən axması üçün cığır açıblar. Atilla türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biridir. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı olub.
Kleopatra və Mark Entoni
Misir hökmdarı ilə eşq yaşamaq üçün Romadan qaçan Mark Antoni xoşbəxt bir həyat sürüb, ancaq cütlük düşmənləri Oktavian və ordusunun təzyiqi ilə intihar etmək məcburiyyətində qalıb. Hər iki adın məzarları hələ də tapılmayıb.
Nefertiti
Ölümündən sonra məzarı tapılmayan Nefertiti türbəsinin Kral Tutun məzarında ola biləcəyi düşünülsə də, bu hələ də aydın məsələ deyil. Nefertiti Exnaton yeni krallığın XVIII sülaləsinin qədim Misir fironunun "əsas həyat yoldaşı"dır.

Kral Kamehameha
Havay kralı Kamehamehanın məzarının gizli bir mağarada gizlədildiyi iddia edilsə də, mağara və kralın qalıqları hələ də tapılmayıb. Kralın məzarı 200 ildir ki, axtarılır.
Volfqanq Amadey Motsart

Dahi bəstəkar 35 yaşında öldükdə Vyanada başqa bir yoxsulun məzarına basdırılan Motsart burada 5 başqa cəsədlə birlikdə dəfn edilib. Qəbri dəfələrlə açılmış və kəllə sümüyü oğurlanan Motsartın bütün qalıqlarının harada olduğu məlum deyil.
Leonardo da Vinçi
Ölümündən sonra fransızlar tərəfindən qaçırılan və Loire Şapelində dəfn edilən Leonardo da Vinçinin məzarı Fransız inqilabı zamanı dəyişdirilib. Lakin elm adamları başqa meyitin qalıqlarının köçürüldüyünü və da Vinçinin məzarının itdiyini düşünür.
Adolf Hitler
Sovet İttifaqı 5 may 1945 -ci ildə Adolf Hitler və həyat yoldaşı Eva Braun cəsədini yeraltı bunkerdə tapıb meşədə gizlətsələr də, sonradan KQB cənazəni dəfn etmək üçün hərəkətə keçib. Sözügedən hadisə ilə bağlı bütün sənədlər sirr kimi saxlanılıb. Nasist hərəkatının bir daha alovlanmaması üçün Hitlerin məzarının sirrinin gizli saxlanıldığı düşünülür. Cia.az

Xəbər lenti