Logo

BMU-nun Qadınlar Şurası xeyriyyə aksiyası təşkil edib

04.10.2021 09:50 339 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası cari ildə daha bir xeyriyyə aksiyası gerçəkləşdirib.

Tehsil.biz xəbər verir ki, Şura tərəfindən universitetin Təsərrüfat şöbəsinin 10 işçisinə, həmçinin Abşeron rayonunda yaşayan 8 ailəyə ərzaq yardımı edilib.

Qeyd edək ki, BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı gündən universitetin ictimai-sosial həyatında aktiv iştirak etməklə yanaşı, daha çox ehtiyacı olan ailələrə müvafiq yardımlar göstərir.

Xəbər lenti