Logo

Beynəlxalq ekspertlər ilə konsultativ görüşlər davam edir

20 Noyabr 54 baxış
IMG

20 noyabr 2020-ci il tarixində DİM-in əməkdaşları və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və Avropa İttifaqının SIGMA proqramının beynəlxalq ekspertləri arasında dövlət qulluğu sistemi üçün səriştə modelinin tətbiqi istiqamətində planlaşdırılmış fəaliyyətin müzakirə edildiyi onlayn konsultativ görüş keçirilib.

 

Müzakirədə əsasən səriştələrin siyahısı, səriştələrin təsvir edilmə dərəcəsi, dövlət qurumları ilə birgə təlimlər və vəzifə profilləri üzərində iş kimi mövzular əhatə olunub, fəaliyyət planına dair addımlar müəyyən edilib.

 

Qeyd edək ki, davam edən silsilə görüşlərin məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsidir.

 

Görüşdə iştirakçılar üçün ingilis-Azərbaycan dili və əksinə tərcümə xidməti təmin edilib.

Xəbər lenti