Logo

NDU-nun vokal ifaçılığı üzrə magistrantı "Səhnədə" müsabiqənin qalibi olub

04.10.2021 11:12 334 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblın tərəfdaşlığı və “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə ötən aylardan etibarən həyata keçirilən “Səhnədə!” müsabiqəsinin böyük final mərhələsi olub.

Tehsil.biz xəbər verir ki, respublikanın bütün şəhər və rayonlarından olan, xüsusi istedada malik gənc ifaçıları aşkarlanması, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerlərini tapmalarına dəstək verilməsi, vətənpərvərlik mövzusundakı mahnıların gənc ifaçılar tərəfindən ifası və gənclər arasında təbliği məqsədilə reallaşdırılan müsabiqənin Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdədə keçirilən kastinq mərhələlərinin yekununda seçilən 10 nəfərin iştirakı ilə böyük qala-konserti baş tutub. 

“Mədəniyyət” kanalında baş tutan "Səhnədə" müsabiqəsinin böyük finalında Naxçıvan Dövlət Universitetinin “Vokal ifaçılığın tarixi və nəzəriyyəsi" ixtisası üzrə II kurs magistrantı Rüstəm  İbrahimov I yeri qazanıb.  

Qeyd edək ki, münsiflərin dəyərləndirməsi nəticəsində, xüsusi hazırlanmış şou-proqramla çıxış edən 10 istedadlı gəncdən üç qalib müəyyən edilib. Seçilmiş gənc finalçıların hər biri ilə “RÄNG” leyblı arasında bir illik prodüserlik müqaviləsi imzalanıb.

Məlumat üçün onu da bildirək ki, “Xanəndəlik” ixtisası üzrə dərslər alan Rüstəm İbrahimov 2014-cü ildə Azərbaycan Beynəlxalq Muğam müsabiqəsinin seçimlərində iştirak edib.

Universitetin xarici ölkələrə təşkil edilən qastrol səfərlərində uğurla çıxış edən Rüstəm İbrahimov müsabiqədə sözləri və musiqisi Murad Arifə məxsus olan “Sənə ehtiyacım var” mahnısını ifa edib. 

Xəbər lenti