“Zəfər yolu” verilişinin altıncı buraxılışı təqdim olunub.
Bu barədə Tehsil.biz-ə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, layihənin altıncı verilişində Vətən müharibəsi iştirakçısı Zülfüqar Qasımov keçdiyi döyüş yolundan bəhs edir.
Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.
Layihə 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.