Logo

Təhsil İdarəsi Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

04.10.2021 14:15 620 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edir.

"Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur" - deyə İdarədən qeyd olunub.

Xəbər lenti