Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının əməkdaşı Adil Vəliyev EdX platforması üzərindən Harvard Universitetinin onlayn təşkil etdiyi kursda iştirak edib.
Tehsil.biz xəbər verir ki, “Təhsildə ailə iştirakının rolu” mövzusunda keçirilən 2 aylıq kursu müvəffəqiyyətlə başa vuran BMU əməkdaşı Harvard Universitetinin sertifikatına layiq görülüb.
Qeyd edək ki, Harvard Universiteti müxtəlif mövzular üzrə onlayn kurslar təşkil edir ki, onlardan biri də “Təhsildə ailə iştirakının rolu” mövzusudur. Bu təhsil kursu tələbələrin təhsil həyatında ailənin iştirakı ilə onların uğur qazanması arasındakı əlaqədən bəhs edir. Kurs adıçəkilən mövzuda tədqiqatların aparılması, həmin tədqiqatlara təhsil işçiləri, tələbələr və ailə üzvlərinin cəlb edilməsini nəzərdə tutur.