Logo

Təhsil işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

20 Noyabr 49 baxış
IMG

Noyabrın 20-də  təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbər heyəti, xüsusi nailiyyətləri ilə seçilən idmançılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün mövcud pandemiya ilə əlaqədar sosial təhlükəsizlik qaydaları gözlənilməklə  Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.

Xəbər lenti