Logo

Tarixdə bu gün - 21 NOYABR

21.11.2020 10:44 590 baxış
IMG

Tarixdə bu gün hansı hadisələr baş verib?

 

Tehsil.biz noyabrın 21-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

 

1905 - Albert Eynşteyn kütlə və enerjinin ekvivalentliyini göstərən E=mc2 düsturunu açıqlayıb.

 

1955 - İran, Türkiyə, İraq, Pakistan və Böyük Britaniya Bağdad paktını təsis ediblər.

 

1957 - Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.

 

1958 - Şarl de Qoll Fransa prezidenti seçilib.

 

1991 - Fransız səyyahı Jerar Abovil ilk dəfə avarlı qayıqla Sakit okeanı keçib.

 

1992 - Naxçıvanda "Yeni Azərbaycan Partiyası" təsis edilib.

 

1994 - Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT olub.

 

1995 - Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya ediblər.

Xəbər lenti