Logo

BDU-nun tələbələri şəhid Kənan Məmmədovun məzarını ziyarət ediblər

05.10.2021 09:32 383 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Filologiya fakültəsinin məzunu Kənan Niftalı oğlu Məmmədovun ildönümündə Ucar rayonunun Alpout kəndində yaşayan ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, fakültənin akademik məsləhətçisi Natəvan Əliyeva və tələbələr iştirak ediblər. Ziyarətdə çıxış edənlər Kənan Məmmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Kənan Məmmədovun həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Sonra şəhidin ailə üzvləri və yaxınları ilə birgə məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Kənan Məmmədov 2013-2017-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına vuruşaraq 2021-ci il oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti