Logo

Məktəb bərbad halda olduğu üçün uşaqlar dərsə getmək istəmir - VİDEO

05.10.2021 09:37 529 baxış
IMG

Cəlilabad rayon Maşlıq kənd tam orta məktəbi neçə illərdir ki, qəzalı vəziyyətdədir. Yağışlar yağanda isə şagirdlərin işi lap çətinləşir.

Tehsil.biz-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, istismar müddətini çoxdan başa vurmuş məktəb binasının divarları çat verib. Tavan və döşəmə yararsız vəziyyətdədir. Məktəbin həyətinə su yığıldığından hərəkət çətinləşir..

Bura Cəlilabad rayon Maşlıq kənd tam orta məktəbidir. Valideynlər bildirirlər ki, yağışlı havalarda vəziyyət daha da acınacaqlı olur. Məktəbin həyətində yağış sularından gölməçələr əmələ gəlir.

Valideynlər deyirlər ki, yağışlı havada nə çöldə durmaq olur, nə də içəridə... Məktəbin dam örtüyü köhnə olduğu üçün sinif otaqlarına yağış suyu damır.

Məktəbin direktoru Əlizadə Əliyev bildirdi ki, 1960-ci illərdə istifadəyə verilən məktəbdə 727 şagird təhsil alır. Məktəbin cəmi 9 sinfində dərs keçmək mümkün olduğu üçün 17 ibtidai sinifdən 13-ü yerləşə bilib. Digər ibtidailər və yuxarı siniflər isə dərsləri ayrı-ayrı yardımçı tikililərdə keçirlər.

Məktəb direktoru onu da bildirdi ki, iki ilə Maşlıq kəndində yeni məktəb binasının tikintisi üçün baş plan və layihə hazırlanıb. Məktəb üçün topraq sahəsi də ayrılıb. Rayon təhsil şöbəsindən isə tikintinin nə vaxt başlanacağı ilə bağlı məlumat verilmədi.

https://youtu.be/1OdTQ2KdhzA

Xəbər lenti