Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 171 namizəd uğur qazanıb

21 Ноября 10 baxış
IMG

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

Tehsil.biz  DİM-in noyabrın 21-i saat 10:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 171 nəfər uğur qazanıb. Onlardan 95-i Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Xəbər lenti