Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) tələbələr üçün “Məlumat günü” tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova şöbənin fəaliyyət istiqamətləri, görülən işlər və eyni zamanda tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları və təlimlər haqqında ümumi məlumat verib və tələbələri təlimlərdə iştirak etməyə dəvət edib.
BƏŞ-in mütəxəssisi Leyla Nağıyeva şöbənin fəaliyyəti, xaricdə təhsilə imkan verən proqramlar ( Erasmus+, Mevlana), şöbənin təklif etdiyi yay məktəbləri, həmçinin istənilən proqrama müraciət zamanı tələbələrin bilməli olduğu məqamlar, seçim prosesi və nəzərdə tutulan gələcək planlar, proqramlar eləcə də tədbir haqqında təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.