Logo

Dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir

21 Ноября 9 baxış
IMG

Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.

 

Tehsil.biz DİM-in noyabrın 21-i saat 10:35-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 9 nəfər uğur qazanıb. Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.

Xəbər lenti