Logo

Bakının bu məktəbində koronavirusa yoluxma qeydə alındığına görə sinif bağlanıb

05.10.2021 14:09 1639 baxış
IMG

Səbail rayonunun 20-ci Yaşayış sahəsində yerləşən 162 nömrəli məktəbdə COVİD19 infeksiyasının yayılmasına görə müəssisənin distant təhsilə keçməsi bildirilir.

"Tehsil.biz"in xəbərinə görə, bu barədə valideynlər məlumat veriblər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd olunub ki, məktəbdə əyani təhsil davam edir. 

Məlumat üçün bildirək ki, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Xəbər lenti