Logo

Bakı Dövlət Universitetində (BDU) onlayn tədbir keçirilib

21.11.2020 17:27 582 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərə bağlılıq dövlət siyasətinin əsas prioritetlərindəndir" mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Hacıbaba Mustafayev və fakültələrin birinci kurs tələbələri iştirak ediblər.

 

Tədbirdə Fidan Hüseynli, Firavan Əlizadə, Mədinə Cəfərova, Aysun Məlikova, Almaz Həmzəyeva ölkəmizdə milli mənəvi dəyərlərə bağlı məruzə ilə bağlı çıxış ediblər. Tələbələr çıxışlarında qeyd ediblər ki, ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gəncləri də əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Azərbaycanda dövlət tərəfindən bu mövzuda görülən işlər və milli-mənəvi dəyərlərin qorunmasına Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının önəmi vurğulanıb. Çıxışlarda həmçinin milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyi vurğulanıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edilib və cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu qiymətləndirilib.

 

Tədbir tələbələrin aktiv diskussiyası ilə başa çatıb.

Xəbər lenti