Logo

Doktorant Tim Rossun dissertasiya işinin ilkin müzakirəsi keçirilib

05.10.2021 17:24 423 baxış
IMG

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının iclasında Tim Rasimoviç Rossun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Совершенствование методологии институционального регулирования отношений собственности” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Maliyyə və iqtisadiyyat kafedrasının müdir müavini, dosent Nəriman Böyükkişinin sədrlik etdiyi iclasda Rəyçi i.e.n. dos. Əliağa İsmayılzadə, komissiyanın üzvü Qəhrəman Yusupov iştirak edib. Doktorantın elmi rəhbəri prof. Rövşən Quliyev, rəyçi i.ü.f.d. İbrahim Quliyev isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra iştirakçılar təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Xəbər lenti