Moskva Dövlət Qida İstehsalı Universitetinin təlimçi-müəllimlərinin iştirakı ilə Azərbaycan Texniki Universitetində (AzTU) professor-müəllim heyəti üçün təşkil edilən iki günlük ixtisasartırma təlimlərinin bağlanış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Moskva Dövlət Qida İstehsalı Universitetinin Beynəlxalq əlaqələr və əlavə peşə təhsili üzrə prorektoru İrina Danilçenko, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov və AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov iştirak edib.
Çıxış edənlər təlimlərdən sonra təşkil olunan attestasiyadan müvəffəqiyyətlə keçən AzTU-nun professor-müəllim heyətinə təbriklərini çatdırıb və onlara diplomları təqdim ediblər.
Azərbaycan Respublikasında Milli Kadrların Kvalifikasiyalarının artırılması məqsədilə yerinə yetirilən layihə çərçivəsində təlimlərdə iştirak edən professor-müəllim heyəti də öz növbəsində Moskva Dövlət Qida İstehsalı Universitetinin nümayəndələrinə öz təşəkkürlərini bildirib.