Logo

BDU-nun rektoru Prezident təqaüdçüləri ilə görüşüb

05.10.2021 17:56 348 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2021/2022-ci tədris ilində Universitetə qəbul olunan Prezident təqaüdçüləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. Göstərdikləri səy və çalışqanlıqlarına, biliklərə hərtərəfli yiyələnmələrinə dövlət səviyyəsində qiymət verilməsini, Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmələrini onlar üçün həm böyük qürur, həm də böyük məsuliyyət olduğunu bildirib. Gələcəkdə bu adı layiqincə doğruldacaqlarına, xalqımıza, dövlətimizə layiqli, peşəkar mütəxəssislər kimi yetişəcəklərinə əminliyini vurğulayıb.

Daha sonra rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksək ixtisaslı kadrların hazırlanması üçün BDU-da yaradılmış şərait haqqında tələbələrə məlumat verib. O, Universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, 2021-ci ildən "Blackboard” elektron təhsil sisteminin, yeni təlim texnologiyalarının uğurla tətbiq edildiyini diqqətə çatdırıb. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etməyi, öz bilik və bacarıqlarını tələbə yoldaşları ilə bölüşməyi, birlikdə müxtəlif layihələrdə iştirak etməyi tövsiyə edib.

Universitetin ictimai həyatında tələbələrin yaxından iştirak etdiyini bildirən rektor BDU-nun tələbə təşkilatlarının fəaliyyəti, BDU-da könüllülük hərəkatı haqqında da söhbət açaraq, tələbələri Universitetin ictimai həyatında, sosial layihələrdə yaxından iştirak etməyə çağırıb. Yüksək nəticə göstərmiş tələbələrə, öz bilik və bacarıqları ilə yanaşı, ictimai fəallıqları ilə də tələbə yoldaşlarına nümunə olmağı arzulayıb.

Xəbər lenti