Logo

NDU-nun müəllimləri Tokio şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər

06.10.2021 01:02 341 baxış
IMG

Naxçıvan Dövlət Universiteti “Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Asəf Əliyev və kafedranın müəllimi Tərxan Orucov Yaponiyanın  Tokio şəhərində keçirilən "Sosial krizlər zamanında elmi üfüq" IX beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

"Nəqliyyat xəstəliyi" adlı elmi məqalə ilə çıxış edən müəlliflər hərəkət vaxtı nəqliyyat vasitələrinin titrəməsi səbəbindən insan orqanizmində baş verən əlverişsiz dəyişikliklərdən danışıblar.

Qeyd olunub ki, nəqliyyat xəstəliyi nəqliyyat vasitələrinin titrəməsi səbəbindən insan orqanizmində baş verən əlverişsiz dəyişikliklər kompleksidir.

Titrəmənin təsiri altında bədənin müxtəlif hissələrində deformasiyaların meydana gəlməsi baş ağrısına, reaksiya müddətinin azalmasına, konsentrasiyanın və diqqətin dəyişməsinə, əzələ tonunun azalmasına səbəb ola bilər ki,  bütün bunlar da yol qəzalarının baş verməsinə gətirib çıxara bilər. Məqalədə, həmçinin nəqliyyat xəstəliyinin başlamasının qarşısını almaq üçün bir sıra təkliflər və tövsiyyələr də verilib.   

Xəbər lenti