UNEC-də “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə onlayn təlimlərə start verilir.
Universitetdən Tehsil.biz-ə verilən məlumata görə, 26 noyabr- 04 dekabr tarixlərində keçiriləcək təlimləri ADPU-nun “Müasir Azərbaycan dili” kafedrasının müdiri, prof.Buludxan Xəlilov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Məmmədov, Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Səfurə Çərkəzqızı və Dövlət Dil Komissiyası Mərkəzinin digər nümayəndələri aparacaqlar.
Təlimlərin mövzular:
- “İşgüzar və akademik kommunikasiyada işgüzar ünsiyyətin prinsipləri, özünütəsdiq təqdimatı, dialoq janrları”.
- “İşgüzar ünsiyyətdə sözsüz bağlantı, bu ünsiyyətin etikası və psixologiyası”.
- “Layihə fəaliyyətinin logistik dəstəklənməsi, işgüzar ünsiyyətin mədəniyyətlərarası aspekti”.
- “Akademik kommunikasiya prosesində nitqin keyfiyyətinə verilən tələblər
- “Kommunikasiya prosesində imicin rolu”.
- “Verbal və qeyri-verbal kommunikasiya vasitələri”.
- “Akademik kommunikasiyada nitq etiketləri”. “Elmi məruzələrdə intonasiya, dikusiya, səs tembri, pauzanın əhəmiyyəti”
- “Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat, təqdimatın hazırlanma qaydaları”.+
- “Akademik kommunikasiya”. “Akademik nitqin növləri: monoloji, dioloji və poliloji nitq”. “Monoloji nitqin növləri: mühazirə, məruzə, çıxış, nitq”.
- “İşgüzar kommunikasiya prosesində danışma və dinləmə mədəniyyəti”
- “Nitq texnikasının komponentləri haqqında”.
- “Elmi mühit və sosial şəbəkələrdə akademik ünsiyyətin əhəmiyyəti”.
Təlimlər UNEC-in “Keyfiyyətə nəzarət şöbəsinin” təşkilatçılığı ilə keçiriləcək.
İştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.