Vətən müharibəsində döyüşən və bizə zəfəri yaşadan oğullarımız sırasında düşmənə dərs keçən müəllimlərimiz də oldu.
Azərbaycanın şanlı tarixinə imza atanlar içində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdən 38 müəllim var idi ki, bu fədakar şəxlərdən biri də Bədəl Hüseynovdur.
Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Bədəl müəllim şagirdlərinə örnəkdir. O, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.
İTV-nin Bədəl müəllim haqqında hazırladığı süjeti sizə təqdim edirik: