Logo

Qılıncoynatma idman növü üzrə beynəlxalq turnir keçirilib

06.10.2021 10:18 481 baxış
IMG

Gürcüstanda dörd ölkədən 80-ə yaxın idmançının iştirakı ilə qılıncoynatma idman növü üzrə beynəlxalq turnir keçirilib.

Tehsil.biz xəbər verir ki, turnirdə Təhsil Nazirliyi 1 nömrəli idman liseyinin və “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları 5 qızıl, 4 gümüş, 7 bürünc medal qazanıb.

Beynəlxalq yarışda 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin oğlanlardan ibarət komandası şpaqa növündə ümümi hesabda I yerə, qızlardan ibarət 1 nömrəli komandası həmin növdə ümumi hesabda I, 2 nömrəli komandası II yerə, 1 nömrəli idman liseyinin 2001-2004-cü il təvəllüdlü idmançılardan ibarət komandası ümumi hesabda I yerə, 2005-2009-cu il təvəllüdlü idmançılardan ibarət komandası II yerə çıxıb.

Xəbər lenti