Logo

Alimlər çox nadir astronomik hadisə olacağını bildirib

23.11.2020 10:55 466 baxış
IMG

Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

 

Tehsil.biz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir.

 

Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar.

 

Hava şəraiti imkan verərsə, bu fenomen Yerin istənilən nöqtəsindən müşahidə oluna bilər. Bu qeyri-adi təbiət hadisəsini izləmək üçün ən yaxşı şərtlər ekvatora yaxın yerlərdə olacaq.

Xəbər lenti