“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Qanunla edilmiş dəyişiklik 2021-ci il 6 iyul tarixindən qüvvəyə minmişdir.
Qanuna edilmiş dəyişikliyə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir.
Qanunvericiliyə uyğun olaraq, namizədlərin müsahibələrdə ödənişsiz iştirakı ilə bağlı müəyyən edilmiş məhdudiyyət 2021-ci il 6 iyul tarixindən sonra elan edilmiş müsabiqə üzrə müsahibə elanlarına müraciət zamanı tətbiq edilir.
Qeyd edilənlər nəzərə alınaraq, namizədlərin 2021-ci il 6 iyul tarixindən sonra elan edilmiş müsabiqələr üzrə 5 müsahibədə iştirakı ödənişsiz, 5-dən artıq müsahibədə iştirakı isə ödənişli əsaslarla həyata keçiriləcəkdir.
Namizədlərdən müsabiqə üzrə müsahibələrə müraciət zamanı qeyd olunan dəyişikliyi nəzərə almaları xahiş olunur.