"Azerbaijan Mountain Guide"ın dəstəyi və CampSİZ-ekotur qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının ən hündür zirvələri olan Bazardüzü və Zəfər zirvələrinə yürüş təşkil edilib.
Qeyd edək ki, yürüş 8 Noyabr-Zəfər Günü münasibətilə keçirilən tədbirlər silsiləsinə daxildir.Yürüşdə 20 nəfər iştirak edib. Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV tədris ili tələbəsi Sultan İbrahimli yürüşdə iştirak edib.
Bazardüzü zirvəsi (4466 m) Azərbaycanın və Cənubi Qafqazın ən hündür zirvəsidir. Zəfər zirvəsi (4301 m) şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə təsis olunub.
Quba rayonunun Xınalıq kəndindən başlayan yürüş Şah yaylağından keçərək Yatıqdərə marşrutu üzrə 3250 metr yüksəklikdə yerləşən kamp yerində bitib. İlk gün orqanizmin mühitə uyğunlaşması ilə başlayıb və Bazardüzü, sonra Zəfər zirvələrində müvəffəqiyyətlə tamamlanıb.
Səfər Yatıqdərə-Şah yaylağı-Xınalıq istiqamətində başa çatıb.