Logo

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Cəbrayıla səfəri

06.10.2021 15:19 732 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş böyük Qayıdışın başlanğıcı və Zəfərin ilk günündə mənfur düşməndən azad edilmiş Cəbrayıl rayonuna səfər edib. “Qarabağ  Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev doğma Qarabağımıza, Şuşamıza, Ağdamımıza və bununla yanaşı Cəbrayıl rayonuna səfəri ilə həmin nidanı qoymuş oldu.

Ali Baş Komandanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfəri xüsusi simvolik məna daşıyır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi  milli birliyin qələbəsidir.

Bu gün biz Qarabağlı həyatımıza qayıtmışıq. Bir il  bundan öncə əldə etdiyimiz qələbələrimizin sevincini yaşayırıq. 27 Sentyabr 2021 – ci ildə tarixi qələbəmizə gedən yolun başlanğıc gününün il dönümünü qürurla fəxrlə andıq. Ali Baş komandanımızın düzgün siyasəti çox dəqiq taktikası ilə igid oğullarımız canları qanları bahasına nankor erməniləri torpaqlarımızdan qovdular. 18.08.1993-cü ildə işğal olunan Cəbrayıl rayonu 04.10.2020-ci ildə azad olundu. Bu günlər böyük zəfərə gedən yolun başlanğıcı oldu.

Bu gün işğaldan azad olunmuş ərazilərdə abadlıq-bərpa işlərinin aparılması ölkə rəhbəri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə anbaan böyük sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri bir sıra uğurlu yeniliklərlə yadda qaldı. İqtisadi baxımdan strateji əhəmiyyətə malik obyektlərin təməlini qoydu. Bunlardan Kamaz Açıq Səmhdar Cəmiyyətinin İstehsalat Birliyi ilə Gəncə Avtomobil zavodu Birgə Servis Mərkəzinin təməlinin qoyulması, Zəngəzur bölgəsinin Araz vadisi bölgəsində Sənaye parkının əsasının qoyulması, 110,35,10 kilovatlıq Cəbrayıl yarımstansiyasının açılışı, Dövlət Sərhəd Xidməti Hərbi Kompleksinin açılışı, Cəbrayıl rayon xəstəxanasının məktəb binasının açılışı, Cəbrayılda ilk çoxmərtəbəli yaşayış binasının təməlinin qoyulması və s. bu kimi işlər doğma Qarabağımızın çiçəklənməsinin bariz nümunəsidir. Bundan sonra  Ali Baş Komandanımız cənab İlham Əliyevin Cəbrayıl kimi digər işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfəri “Qarabağ İqtisadi” bölgəsinin inkişafını təmin edəcək və Qarabağımız yenidən cənnətə çevriləcək.

Uğurlar cənab Prezident!!!

 

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin direktoru Sahibə Əliyeva

Xəbər lenti