Logo

Astarada məktəb direktoru tərəfindən hədələnən şəxs Baş Prokurorluğa müraciət edib - VİDEO

06.10.2021 15:27 576 baxış
IMG

Astara rayonu Vənəşikəş kənd sakini Zülfüqarov Rahim Gülağa oğlu rayonun Sipiyəpart kənd tam orta məktəbinin direktoru tərəfindən qanunusuz olaraq işdən çıxaralacağı ilə hədələnməsi və digər qanunsuzluqlara yol verilməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət üzrə aparılmış araşdırma ilə Rahim Zülfüqarovun göstərdiyi xüsusatların bir qismi öz təsdiqini tapıb, lakin rayon prokurorluğunun vaxtında müdaxiləsi nəticəsində şikayətçi öz iş yerində qalıb.

Prokurorluğa müraciət edərək məmnun qalan Rahim Zülfüqarov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluq qeyd olunan videoçarxı ictimaiyyətə təqdim edib.

https://www.youtube.com/watch?v=siL0X2SwV0U

Xəbər lenti