Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Cəbrayılın azad olunması günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Tehsil.biz xəbər verir ki, tələbələr Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi texnika ilə yerində tanış olublar.
Qeyd edək ki, BDU-da Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq tələbə gənclərin Hərbi Qənimətlər Parkını ziyarəti təşkil olunur. Hərbi Qənimətlər parkına mütəmadi olaraq səfərlərin təşkil olunması tələbə gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların şanlı ordumuzun əldə etdiyi parlaq qələbənin möhtəşəmliyini hiss etməsinə xidmət edir. Səfərin məqsədi tələbələri Vətən müharibəsi ərzində Azərbaycanın müzəffər ordusunun apardığı döyüşlər, hərbi əməliyyatların gedişatı və möhtəşəm Zəfərimizin nəticələri ilə tanış etməkdir.