Logo

BDU-nun Hüquq fakültəsinin tələbələri viktorinada qalib olub

06.10.2021 17:39 386 baxış
IMG

Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanlarının yaradılmasının 103 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm Tədris Mərkəzi tərəfindən keçirilən “Hüquq viktorinası”nın qalibləri də mükafatlandırılıb. Viktorinada Bakı Dövlət Universitetini (BDU) Hüquq fakültəsinin komandası təmsil edib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev viktorinanın qalibi olan “BDU komandası”nın üzvlərini təltif edib, qaliblərə kubok təqdim edilib.

Qeyd edək ki, 15 sentyabr 2021-ci il tarixində keçirilən “Hüquq viktorinası”nda Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Milli Aviasiya Akademiyasının Hüquq fakültələrinin tələbələri iştirak ediblər. Viktorinada iştirak edən “BDU Komandası”nın üzvləri Hüquq fakültəsinin tələbələri - Fidan Əkbərova, Lamiyə Zülfüqarlı, Ceyhun Xəlilov, Aysu İsmayılzadə və Tahir Vəliyevdir. Viktorinada iştirakçılar Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosessual hüquq və ümumidünya görüşünü əhatə edən sualları cavablandırıb.

Xəbər lenti