Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanlarının yaradılmasının 103 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tehsil.biz xbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm Tədris Mərkəzinin keçirdiyi “Hüquq viktorinası”nın qalibləri də mükafatlandırılıb. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev viktorinanın qalibi - BDU-nun Hüquq fakültəsi komandasının üzvlərini təltif edib, qaliblərə kubok təqdim edilib.
Qeyd edək ki, 2021-ci il 15 sentyabr tarixində keçirilən “Hüquq viktorinası”nda BDU, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Milli Aviasiya Akademiyasının Hüquq fakültələrinin tələbələri iştirak ediblər. Viktorinada iştirakçılar Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosessual hüquq və ümumidünya görüşünü əhatə edən sualları cavablandırıblar.
“BDU Komandası”nın üzvləri - Hüquq fakültəsinin tələbələri Fidan Əkbərova, Lamiyə Zülfüqarlı, Ceyhun Xəlilov, Aysu İsmayılzadə və Tahir Vəliyev viktorinada birinci yerə layiq görülüblər.