Pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili zamanı məktəblinin dostları tərəfindən sosial məsafənin gözlənilməsi, hərarətin ölçülməsi, qaydaların düzgün tətbiq olunmasına nəzarət edilir. 226 məktəbdə “COVID-19” pandemiyası ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılır.
Tehsil.biz xəbər verir ki, "Məktəblinin dostu" layihəsi Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.
2016-cı ilin dekabr ayından fəaliyyətə başlayan layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.