Logo

Kolleclərə əlavə yerləşdirmə ilə bağlı abituriyentlərin qeydiyyatı başlayıb

07.10.2021 12:37 475 baxış
IMG

Bu gündən ümumi orta ixtisas təhsili və tam orta təhsil bazası üzrə əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir.

Tehsil.biz xəbər verir ki, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.

Qeyd edək ki, qeydiyyat prosesi 12 oktyabr saat 23:59 tarixinədək davam edəcək və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti