Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) öz stendi ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur.
Tehsil.biz xəbər verir ki, universitetin stendində ADMİU-nun mühüm nəşrləri, jurnalları, həmçinin universitetin professor-müəllimlərinin müəllifi olduğu, mədəniyyətimizə, ədəbiyyatımıza həsr edilən kitablar nümayiş olunur.
Stenddə universitetin xüsusən son beş ildə işıq üzü görmüş nəşrləri, müxtəlif incəsənət sahələrinə aid kitab və jurnalları yer alıb. Sərginin ilk günündən ADMİU-nun stendində nümayiş olunan nəşrlər ziyarətçilərin marağına səbəb olub.
Kitabsevərlər ADMİU-nun nəşrləri ilə oktyabrın 10-dək davam edəcək sərgidə tanış ola bilərlər.