Logo

İqtisadiyyat İnstitutunda magistrantlarla görüş keçirilib

07.10.2021 15:34 477 baxış
IMG

AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov magistraturaya yeni qəbul olan magistrantlarla görüşüb.

İnstitutdan  bildirilib ki, görüşdə professor Nazim İmanov AMEA-nın magistraturasında təhsilin əsas xüsusiyyətləri, üstünlükləri, yüksəkixtisaslı kadrların hazırlanması sahəsində İqtisadiyyat İnstitutunda həyata keçirilən fəaliyyət barədə danışıb. Habelə magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, magistratura təhsilini uğurla başa vuranların gələcəkdə öz elmi fəaliyyətlərini sözügedən müəssisədə davam etdirmək imkanları olduğunu qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına makroiqtisadi siyasət ixtisası üzrə 3 nəfər qəbul olub. Onlardan ikisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, biri isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır.

Xəbər lenti