Logo

Rezidenturaya qəbul olanların qeydiyyatı oktyabrın 12-dən 15-dək aparılacaq

07.10.2021 15:49 587 baxış
IMG

Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri 2021-ci il oktyabrın 12-dən 15-dək müvafiq qurumların (Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara, o cümlədən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Telsiz.biz-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onların adları qəbul olanların siyahısından çıxarılacaq.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər isə qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında tanış ola biləcəklər.

Xəbər lenti