Logo

BMU-nun dekanı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub

07.10.2021 16:00 518 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bir qrup təhsil işçisi təltif olunub.

Tehsil.biz xəbər verir ki, onların sırasında Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin dekanı, dosent Elşad Abdullayev də yer alıb. O, təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Əmrdə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müəllimlərin əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına səbəb olduğu vurğulanıb.

Eyni zamanda əmrdə pandemiya şəraitində təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı təhsil orqanları və ümumi təhsil müəssisələrinin müəllimləri tərəfindən əhəmiyyətli təşəbbüslərin reallaşdırıldığı, bu istiqamətdə “Teledərslər” və “Virtual məktəb” layihələrinin uğurla davam etdirildiyi qeyd olunub.

Xəbər lenti