Logo

BDU-da əyani tədris prosesi iştirakçılarının sağlamlıqlarının qorunmasına ciddi nəzarət olunur

07.10.2021 16:13 335 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) ikinci həftədir ki, əyani tədris prosesi uğurla davam edir.

Tehsil.biz xəbər verir ki, mühazirələr “Blackboard” elektron təhsil sistemi üzərindən təşkil olunur, məşğələ və laboratoriya dərsləri isə ənənəvi formada keçirilir.

Əyani dərslərdə iştirak edən müəllim və tələbələrin sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülür, COVID-19 ilə mübarizə məqsədilə qabaqlayıcı və preventiv tədbirlər davam etdirilir. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının sanitariya və gigiyena qaydalarına əməl etmələrinə, sosial məsafənin saxlanılmasına ciddi riayət olunur.

BDU üzrə Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planına müvafiq olaraq, BDU-nun ərazisində yerləşən 30 saylı poliklinikanın həkimləri mütəmadi olaraq əyani dərslərdə iştirak edən müəllim və tələbələrin hərarətini yoxlayır, sağlamlıqlarının qorunması, infeksiya ilə mübarizə üsulları, sanitariya-gigiyena qaydalarına ciddi əməl olunması barədə onlarla maarifləndirici söhbətlər aparırlar.

Xəbər lenti